Tovuzda uşaq anası tərəfindən küçəyə atılıb? - AÇIQLAMA

Tovuzda uşaq anası tərəfindən küçəyə atılıb? -  AÇIQLAMA backend

Tovuzda azyaşlı uşağın gecə saatlarında küçədə yatmağa məcbur edildiyi iddia olunur.

Bu barədə foto və iddialar sosial şəbəkələrdə paylaşılıb. Fotonun Tovuz rayonunun Yusif Sadıqov küçəsi ilə Əhməd Cavad küçəsinin kəsişməsində çəkildiyi qeyd edilib.

İddia edilir ki, hər gün gecə saatlarında azyaşlı oğlan soyuqda üşüyərək bükülmüş halda burada yatır. Azyaşlını həmin əraziyə anasının gətirdiyi deyilir. Uşağın hər gün gecə saat 01:00 radələrində burada olduğu deyilir.

Qadına dəfələrlə bununla bağlı irad tutulduğu deyilsə də, o, ətrafdakı insanların iradlarına məhəl qoymayıb.

Sosial şəbəkə istifadəçiləri uşağı bu vəziyyətdə tərk edən şəxsin kimliyindən asılı olmayaraq məsələnin aidiyyəti orqanlar tərəfindən araşdırılması ilə bağlı çağırışlar ediblər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Gəncə şəhər regional qrupdan məlumat verilib.

Bildirilib ki, polis Tovuz rayonunda ananın gecələr azyaşlı övladını evdən çıxararaq küçədə yatmağa məcbur etməsi ilə bağlı araşdırmalara başlayıb. Aparılan araşdırmalar nəticəsində hüquqi qiymət veriləcək.

Diaspora