Aparıcı Lalə Azərtaş bu dəfə Daşkəsənə yollanıb.
Axşam.az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun yaşadığı evdə olub. L.Azərtaş bildirib ki, məkana P.Həşimovun anası Səmayyə xanımla birlikdə gedib:
"Generalımız Polad Həşimovun anası Səmayə anamızla onun Daşkəsəndə 6 il yaşadıgı evdə… Xatirələr canlandı, hamı Vətən oğlunun insanlığından və qəhramanlığından ağızdolu danışdı… Allah torpaq uğrunda canından keçən cəmi şəhidlərimizə rəhmət eləsin".


