Bakıda intihar hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Binəqədi rayonu İnzibati Həbs Olunanların Saxlama Məntəqəsində qeydə alınıb.
Belə ki, burada 25 sutka inzibati həbs cəzası almış 28 yaşlı Emin İsmayılov başına sellofan torba və corab keçirərək özünü boğub.
Narkotik istifadəçisi olan Emin İsmayılov həbsə xırda talamaya görə düşübmüş.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.