ANAMA əməkdaşı Zəngilanda minaya düşüb: vəziyyəti ağırdır

ANAMA əməkdaşı Zəngilanda minaya düşüb:  vəziyyəti ağırdır backend

Dünən Zəngilanda mina partlayışı olub.

“Report” xəbər verir ki, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı günorta saat 15 darələrində rayonda minaya düşüb.

Partlayış nəticəsində agentliyin əməkdaşı, 1972-ci il təvəllüdlü Babayev Vaqif Əlizad oğlu müxtəlif xəsarətlər alıb. Yaralı helikopterlə Bakıdakı xəstəxanalardan birinə çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, V.Babayev uzun illər ANAMA-da çalışıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Diaspora