Erməni valideynlər təlaş içində sərhədə gəldilər

Erməni valideynlər təlaş içində sərhədə gəldilər backend

Bir çox erməni əsgərinin valideyni təlaş içində övladlarından xəbər tutmaq üçün Zəngəzura (Sünik) gəlib.

Axar.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Onlardan bəziləri avtomobillərini döyüş yerinə ən yaxın yaşayış məntəqəsi olan Qızılcıq (İşxanəsər) kəndində qoyub, yerli UAZ-la sərhədə gəlməyə cəhd ediblər.

Qeyd edək ki, ötən gün Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı təxribat törədib. Ermənistan silahlı qüvvələri bölmələrinin əks-həmləsi hərbçilərimiz tərəfindən dəf edilib. Erməni rəsmilərinin məlumatına görə, hazırda erməni tərəfindən 1 ölü, 13 əsir və 24 itkin var.

Yaralıların sayının isə 40-dan çox olduğu bildirilir.

Diaspora