Sumqayıtda itkin düşən yeniyetmə Bakıda tapıldı: DİN-dən AÇIQLAMA – Yenilənib - FOTO

Sumqayıtda itkin düşən yeniyetmə Bakıda tapıldı:  DİN-dən AÇIQLAMA – Yenilənib - FOTO backend

Sumqayıtda itkin düşən 13 yaşlı Quliyev Elcan Elmar oğlu tapılıb.

Bunu Oxu.Az-a açıqlamasında DİN-nin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

DİN rəsmisi qeyd edib ki, itkin düşmüş yeniyetmə paytaxtın Səbail rayonunun Bulvar ərazisində polis tərəfindən tapılıb.

“Hazırda o, Sumqayıt şəhərinə aparılır, ailəsinə təhvil veriləcək”, - deyə E.Hacıyev bildirib.

*****

20:26

Sumqayıtda 13 yaşlı oğlan itkin düşüb.

APA-nın məlumatına görə, Sumqayıt şəhəri, 12-ci kvartal deyilən ərazidə yaşayan 13 yaşlı Elcan Quliyev bu gün 12:15 radələrində evdən çıxaraq repetitor yanına gedib.

Yeniyetmənin atası Elmar Quliyev bildirib ki, günorta saat 13:00-da müəllim zəng edərək Elcanın gəlmədiyini deyib. Bir müddət sonra onun mobil telefonu əks istiqamətdə, 48-ci kvartal adlanan yerdə tapılıb.

Onu görən şəxslərdən polisə məlumat vermələri və ya (055) 258-39-01, (070) 422-91-94 əlaqə nömrələrinə zəng etmələri xahiş olunur.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

DİN-in mətbuat xidmətindən bildirilib ki, Sumqayıt şəhəri, 12-ci kvartal adlanan ərazidə 13 yaşlı Quliyev Elcan Elmar oğlunun itkin düşməsi ilə bağlı polisə məlumat daxil olub.

“Hazırda E. Quliyevin tapılması istiqamətində polis əməkdaşları tərəfindən intensiv-axtarış tədbirləri davam etdirilir”, - qeyd olunub.

loading...
Diaspora