Erməni terrorçu Daşaltı kəndi yaxınlığında Azərbaycan hərbçilərinin olduğu posta hücum edib.
Trend-in məlumatına görə, Daşaltı kəndi erməni terrorçu Azərbaycan və Rusiya hərbiçilərinin olduğu posta əlqumbarası ilə hücum edib. Videodan göründüyü qədərilə heç bir hərbçimiz ağır xəsarət almayıb.
İnsident nəticəsində bir hərbçimiz yaralanıb. Hərbçilərimizin blok-postuna RQD-5 əl qumbarası atan ermənini rusiyalı sülhməramlılar tutublar.
Məlumatda qeyd edilir ki, noyabrın 8-də diversiya cəhdi zamanı həlak olmuş Martik Eremyanın qardaşı Azərbaycan hərbçilərinin blok-postuna taksidə yaxınlaşıb və ora əl qumbarası atıb.
Bu hadisədən sonra Xankəndi-Laçın yolunu bağlanıb. Hazırda əraziyə heç kim buraxılmır.