Sürücünün cəld reaksiyası avtomobili ağacın altında qalmaqdan xilas etdi - VİDEO

Sürücünün cəld reaksiyası avtomobili ağacın altında qalmaqdan xilas etdi -  VİDEO backend

Bu gün Bakıda şiddətini artıran külək özü ilə müxtəlif fəsadlar da gətirib.

Paytaxtın müxtəlif ərazilərində istər ağacların aşması, istərsə də tikililərə ziyan vurması ilə müşahidə olunan hava şəraiti maraqlı görüntürlərin yaranmasına da səbəb olub.

Belə ki, mərkəzi küçələrin birində küləyin nəticəsində kökündən laxlayan və müvazinətini itirən ağac səkinin kənarında park halında olan “Range Rover” markalı avtomobilə söykənib.

Xoşbəxtlikdən zərbə güclü olmayıb və avtomobilə zərər dəyməyib. Bununla belə, vəziyyətin kritik olduğunu anlayan avtomobilin sahibi nəqliyyat vasitəsini sürətlə ərazidən uzaqlaşdırıb, yalnız bundan sonra ağac yerə aşıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Görüntüləri təqdim edirik:

loading...
Diaspora