Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşı qəfildən vəfat edib.
Qaziler.az-ın məlumatına görə, nazirliyin insan resurslarının idarə edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli vəfat edib.
ETSN-nin mətbuat katibi İradə İbrahimova saytımıza məlumatı təsdiqləyib.
Nazirliyin rəsmisi qeyd edib ki, O.Məhərrəmli ürəktutmasından vəfat edib.
O, 1985-ci il təvəllüdlüdür. Bakı Dövlət Universitetinin coğrafiya müəllimliyi fakültəsini bitirib.
2007-2009-cu illərdə “Samur” MMC direktor müavini, 2009-2010-cu illərdə ARDNŞ “Neft Daşları” Neft Qaz Çıxarma İdarəsində komendant, 2010-2012-ci illərdə ARDNŞ “Azərikimya” İB-də kadrlar üzrə mühəndis, 2012-2018-ci illərdə ARDNŞ “Azərikimya” İB-də Kadrlar və kadr hazırlığı şöbəsi, şöbə rəisinin müavini vəzifələrində işləyib.
2018-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnsan Resurslarının İdarə Edilməsi Şöbəsinin müdiri vəzifəsində işləyib.
İki övladı var. (oxu.az)

