Ermənilərlə Rusiya vətəndaşları arasında insdent olub: yaralanan var - Yenilənib

Ermənilərlə Rusiya vətəndaşları arasında insdent olub:  yaralanan var - Yenilənib backend

Ermənistanın Qafan şəhərində yerli sakinlərlə Rusiya vətəndaşları arasında baş verən davanın təfərrüatı məlum olub.

“Report” “Shamshayan”a istinadən bildirir ki, hadisə barədə polis idarəsinə naməlum şəxslər məlumat verib.

Onlar davanın Rusiya hərbçiləri ilə erməni mülki şəxslər arasında olduğunu söyləyiblər.

Polis hadisə ilə bağlı araşdırma aparıb. Nəticədə məlum olub ki, insident inşaat şirkətinin rəhbərliyində təmsil olunan Rusiya vətəndaşları ilə yerli sakinlər arasında baş verib.

Rusiya vətəndaşları polisə aparılıb.

*****

15:31

Ermənistanın Qafan şəhərində yanacaqdoldurma məntəqəsinin işçisi ilə Rusiya hərbçiləri arasında insident olub.

“Report” “shamshyan.com” saytına istinadən xəbər verir ki, Rusiya vətəndaşları - 41 yaşlı Yevgeni Qalanov, 41 yaşlı Yevgeni Dyanov və 50 yaşlı Pyotr Qorbulyakla Qafan sakinləri - 40 yaşlı Armen Avanesyan arasıda mübahisə olub.

Nəticədə A.Avanesyan başından yaralanıb. Onu hospitala yerləşdiriblər.

Daha sonra naməlum şəxslər polisə rusiyalı əsgərlərin sakinlərlə mübahisə etdikləri barədə məlumat veriblər. Rusiya hərbçiləri polis bölməsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Diaspora