Azərbaycanda kişi həyat yoldaşını üç qızı ilə küçəyə atdı

Azərbaycanda kişi həyat yoldaşını üç qızı ilə küçəyə atdı backend

Azərbaycanda kişi həyat yoldaşını üç azyaşlı qızı ilə küçəyə atıb.

Bu barədə Oxu.Az-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

O bildirib ki, qadın və azyaşlı qızları ötən gün sığınacağa yerləşdirilib:

“Dünən ərazi üzrə polis idarəsinin əməkdaşları tərəfindən sığınacağa ana və üç qızı gətirilib. Qadın iddia edir ki, yoldaşı qız övladı istəməyib. Hər üç övladları qız olduğu üçün daim aralarında mübahisə yaranıb. Yoldaşı qadına deyib ki, qızlardan birini saxla, digər ikisini uşaq evinə ver. Buna etiraz edən qadın üç qızı ilə birlikdə evdən qovulub. Lakin qadın bir gün sığınacaqda qaldı. Onun qardaşı hadisədən xəbər tutduqdan sonra bacısını və üç övladını da sığınacaqdan götürüb. Qardaşı bildirib ki, bacısına və uşaqlarına kirayə ev tutaraq bütün xərclərini qarşılayacaq”.

Diaspora