Lənkəranda 8 yaşlı uşaq iynə vurulandan sonra ölüb

Lənkəranda 8 yaşlı uşaq iynə vurulandan sonra ölüb backend

Lənkəran rayonunda uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Qazilər.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Vilvan kəndində baş verib.

İlkin məlumata görə, kənd sakini Kazımov Hüseyn Rəşad oğluna müalicə məqsədilə iynə (“prob” - Red) vurulub.

Bir qədər sonra uşağın halı pisləşib və o şoka düşüb. Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Diaspora