Bakı şəhəri 311 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, 10 a sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) dərsdən yayınmaq üçün II mərtəbənin pəncərəsindən aşağı tullanıb.
Bu barədə məktəbdən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Məktəb rəhbərliyi tərəfindən dərhal təcili yardım çağırılıb, şagirdin valideyninə məlumat verilib.
3 saylı Şəhər Kliniki Xəstəxanasında şagirdin qaşına tikiş qoyulub.
Hazırda şagirdin vəziyyəti qənaətbəxşdir.