Şəmkirdə qohumlar arasında bıçaqlanmanın bəzi təfərrüatları məlum olub - YENİLƏNİB

Şəmkirdə qohumlar arasında bıçaqlanmanın bəzi təfərrüatları məlum olub -  YENİLƏNİB backend

Şəmkirdə bıçaqlanmanın bəzi təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, 1985-ci il təvəllüdlü Nemət Hüseynov 2 bıçaq xəsarəti, 1982-ci il təvəllüdlü Rəhimov Ədalət 1 bıçaq xəsarəti alıb.

DİN: İctimai nəqliyyatda və qapalı məkanlarda nəzarət gücləndirilib, mülki polislər cəlb olunub - VİDEO
Bakı metrosunda daha bir aktiv koronavirus xəstəsi saxlanılıb - FOTO
Badamdar şosesində qəza olub
Keçid
70%-dək ENDİRİM
Məlumata görə, onların arasında mübahisə düşüb, bu zaman bir birlərinə bıçaq xəsarəti yetiriblər. Ədalət Nemətin yeznəsi olduğu bildirilir.

Hadisə zamanı Ədalətin oğlu 14 yaşlı Murad Rəhimov da bıçaq xəsarəti alıb.

Onlar polis tərəfindən nəzarət götürülüb. Faktla bağlı araşdırma aparılır.
***

22 oktyabr, saat 23:08

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə "Komsomol" parkının qarşısında qeydə alınıb.

Belə ki, rayon sakini Rəhimov Ədalət və onun 14 yaşlı oğlu Rəhimov Murad bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yaralılara dərhal lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.

loading...
Diaspora