Bakıda idman zalında məşq edən idmançının ölüm səbəbi açıqlanıb.
Zalın sahibi Ceyhun Vəliyev Oxu.Az-a açıqlamasında bildirib ki, idmançının meyiti bu gün saat 13:00 radələrində zalın daxilində olan istirahət otağında tapılıb:
"Teymur Məmmədrzayev anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkirdi. Ekspertizanın rəyinə görə, onun epilepsiyası tutub və vəfat edib".
O qeyd edib ki, T.Məmmədrzayev yarışa hazırlaşırdı və zalda məşq edirmiş.
*****
Bakıda fitnes məşqçisi vəfat edib.
Oxu.Az-ın məlumatına görə, bu gün günorta radələrində Teymur Əmir oğlu Məmmədrzayev məşq etdiyi idman zallarından birində dünyasını dəyişib.
İlkin məlumatlara görə, 1991-ci il təvəllüdlü idmançı yarışa hazırlaşırdı.
Onun ölüm səbəbi hələlik məlum deyil.


