Tanınmış meyxanaçı həbs olunub - FOTO

Tanınmış meyxanaçı həbs olunub -  FOTO backend

Daxili İşlər Nazirliyi meyxanaçı Cavid Babaşovun (Sumqayıtlı) həbs olunması ilə bağlı məsələyə münasibət bildirib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, Sumqayıt şəhər sakini Cavid Babaşov narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün 15 may 2021-il tarixində Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb:

“Üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib. C.Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda həmin şəxs barəsində istintaq araşdırmaları sona çatıb və iş baxılması üçün məhkəməyə göndərilib”.

Qeyd edək ki, sosial şəbəkələrdə meyxanaçının narkotik vasitə ilə həbs olunması barədə məlumat yayılıb. 

Diaspora