Mingəçevir ərazisində insan skletləri üzə çıxıb.
Qazilər.az APA-ya istinadla xəbər verir ki, hadisə fərdi təsərrüfatlardan birində qeydə alınıb. Belə ki, şəhər sakini həyətində qazıntı apardığı zaman insan skletinin qalıqlarına rast gəlib.
Hadisə barədə hüquq mühafizə orqanlarına dərhal məlumat verilib.
Araşdırmalar zamanı ərazidən daha bir meyit qalığı üzə çıxıb.
Əldə olunan ilkin məlumata görə, həyətin ərazisi vaxtilə qəbristanlıq kimi istifadə olunub.
Faktla bağlı araşdırma aparılır.