Bakının mərkəzində baş verən yanğın söndürülüb - FOTO/VİDEO

Bakının mərkəzində baş verən yanğın söndürülüb -  FOTO/VİDEO backend

Bakının Nərimanov rayonunda, “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğın söndürülüb.

“Report” xəbər verir ki, hazırda yanğınla əlaqədar müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır.

"Yanğının söndürülməsinə 21 yanğınsöndürən avtomobili və Fövqəladə Hallar Nazirliyinin (FHN) 105 əməkdaşı cəlb olunub", - FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisinin müavini Əkbər Novruzov deyib.

Onun sözlərinə görə, "Nəriman Nərimanov" metrosunun yaxınlığında bir-birinə bitişik, birmərtəbəli müxtəlif təyinatlı ticarət obyektlərinin, təxminən, 300 kvm sahəsi yanıb: "Obyektlərə telefon, parça mağazaları və digər müxtəliftəyinatlı obyektlər daxildir. Yaxınlıqda yerləşən yaşayış binaları yanğından tam mühafizə olunub. Yanğın həm daxildən, həm də xaricdən hazırda tam lokallaşdırılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır".

Diaspora