Bakının Nərimanov rayonunda ticarət mərkəzində baş verən yanğınla əlaqədar Ağa Nemətulla küçəsindən Təbriz küçəsinə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, ərazidə nəqliyyat sıxlığının yaranmaması üçün zərurət olmadığı halda bu istiqamətdə minik avtomobili ilə hərəkət etməmək tövsiyə edilir.
5, 24, M8 və 202 müntəzəm marşrut xətlərin hərəkət istiqamətində bəzi dəyişiklər olub və gecikmələr müşahidə olunur.
Qeyd edək ki,Nərimanov rayonunda yerləşən “Metro City” ticarət mərkəzində yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər aparılır.