Azərbaycanın dostu olan erməni öldü

Azərbaycanın dostu olan erməni öldü backend

Məşhur erməni hüquq müdafiəçisi Georgi Vanyan vəfat edib.

Axar.az xəbər verir ki, o, Tiflisdə COVİD-19-dan müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Vanyan bir müddət idi COVİD-19-la mübarizə aparırdı. O, Tiflisdə müalicə olunurdu.

Vanyan Ermənistanda Azərbaycanla dostluq fikirlərinin təbliğatını aparan və Qarabağ savaşına görə Azərbaycandan üzr istənilməsi fikrini müdafiə edən sülhməramlı idi. O, fəaliyyəti dönəmində Azərbaycanda da bir neçə dəfə səfərdə olub. İcevan şəhərində yaşayan Vanyan Ermənistanda türk filmləri günləri festivalını təşkil edib, amma bu addımına görə Serj Sərkisyan hakimiyyəti tərəfindən təqiblərə məruz qalıb.

O, həmçinin Azərbaycanla Ermənistan cəmiyyətlərinin barışmasına yönələn Təkəli prosesinin təşkilatçılarından biri olub. Paşinyanın hakimiyyəti dönəmində də ona qarşı hücumlar dayanmayıb.

Diaspora