Mikaelyan: Bir azərbaycanlı batalyonumuzu didərgin saldı

Mikaelyan:  Bir azərbaycanlı batalyonumuzu didərgin saldı backend

"Yadımdadır, 44 günlük müharibə dövründə Ermənistandan cəbhəyə 120 dırnaqarası könüllü göndərmişdilər. Niyə dırnaqarası? Ona görə ki, 120 nəfərdən cəbhəyə yalnız 20 nəfər gedib çıxmışdı. Qalan 100 “igid oğul” qaçmışdı".

Axar.az xəbər verir ki, bu fikirləri itkin düşmüş erməni əsgəri Artak Mikaelyanın atası Civan Mikaelyan erməni televiziyasının efirində söyləyib.

“Müharibə dövründə erməni milləti başa düşdü ki, 30 il ərzində onlara “erməni ordusunun qüdrəti” və “güclü erməni əsgərləri” barədə nağıllar danışılıb. Əslində, heç kim bu torpaqlara görə ölmək istəmirdi. Hiss olunur ki, elə bil, hər kəs əvvəlcədən bu faktı bilirdi – Qarabağ gec-tez qaytarılmalı olacaq.

Müharibənin 20-ci günündə Ermənistandan yüzlərlə polis cəbhə xəttinə göndərildi. Bizdə dəqiq faktlar var ki, onların hamısı Qarabağ dağlarında gizlənərək müharibənin bitməsini gözləyirdi. Onlar bir dəfə də olsun düşmənin mövqelərinə atəş açmayıblar.

Müharibə dövründə erməni tərəfinin normal komandirləri yox idi. Təsəvvür edin, bir erməni batalyonu yalnız bir Azərbaycan əsgərinin onlara tərəf gəldiyini görür və didərgin, panik halda mövqeylərini buraxıb qaçmağa başlayır... Bunların hamısını biz 44-günlük müharibədə gördük”, - deyə o bildirib.

Diaspora