Azərbaycanda iki universitetdə koronavirusa yoluxma

Azərbaycanda iki universitetdə koronavirusa yoluxma backend

Ənənəvi tədrisin bərpasından sonra Azərbaycan Dillər Universitetində (ADU) 8 tələbədə COVID-19-a yoluxub.

Bu barədə Oxu.Az-a ADU-nun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, universitetdə hər hansısa qrupun və fakültənin distant təhsilə keçməsi ilə bağlı məsələ həqiqəti əks etdirmir.

Bundan başqa, Azərbaycan Dövlət Pedaqoji Universitetinin iki fakültəsində də tələbələr arasında koronavirusa yoluxma aşkarlanıb.

Universitetin mətbuat katibi Cavid Hüseynovun sözlərinə görə, Fizika və riyaziyyat fakültəsində 1, incəsənət və fiziki tərbiyə fakültəsində isə 1 qrup koronavirus aşkarlandığına görə distant təhsilə keçib.

Diaspora