Lənkəranda lisey müəllimini elektrik cərəyanı vuraraq öldürüb.
Qazilər.az xəbər verir ki, hadisə Şilavar kəndində baş verib.
Belə ki, 1959-cu il təvəllüdlü Nəsirov Mirtağı Qurban oğlu həyətindəki ağacdan qoz dərərkən onu bir qədər aralıdan keçən yüksək gərginlikli elektrik cərəyanı vurub. Yaxınları onu təcili yardım maşını ilə xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 62 yaşlı M.Nəsirov Lənkəran şəhər 4 nömrəli Humanitar məktəb-liseyin müəllimi işləyirdi. O, 90-cı illərdə Lənkəranda xalq hərəkatı aktivlərindən olan tanınmış şair - mərhum Əli Nasirin kiçik qardaşı idi.
Faktla bağlı araşdırma aparılır.