Goranboyda Dövlət Aqrar İnkişaf Mərkəzində qətl törədən şəxsin kimliyi bilinib.
Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin direktorunu iş otağında qətlə yetirən şəxsin Bağırov Mirhadi Mirtağı oğlu olduğu bildirilir.
29 yaşlı Mirhadi Bağırov Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzində mühasib işləyib. Hadisənin iş mübahisəsi zəminində baş verdiyi bildirilir.
Məlumata görə, Mirhadi Bağırov təqaüddə olan polis polkovnik-leytenantı Mirtağı Bağırovun oğludur. Mirtağı Bağırov uzun illər Goranboy rayon Polis Şöbəsində çalışıb.
***
14.13
Goranboyda qətl hadisəsi baş verib.
adisə Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) binasında baş verib. Mərkəzin direktoru, 1958-ci il təvəllüdlü Əhmədov Ziyad Ələs oğlu iş otağında bıçaqlanaraq qətlə yetirilib.
Hadisəni törədən şəxs saxlanılıb. Onun kimliyi dəqiqləşdirilir.
APA