Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi - FOTO

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi - FOTO backend

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

Bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanova məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının dosenti, infeksionist İlham Bayramov dünyasını dəyişib. 

O, uzun müddətdir koronavirusdan müalicə olunsa da, terminal koma durumuna düşərək vəfat edib. 

Qeyd edək ki, dünən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Anesteziologiya və reanimatologiya kafedrasının dosenti, Əməkdar həkim Aydın Qədirov da COVID-19 səbəbindən həyatını itirmişdi. 

loading...
Aydinyol.az