Ağstafada yerli sakini qatar vurub.
Qazilər.az Report-a istinadla xəbər verir ki, hadisə Poylu ərazisində qeydə alınıb.
Belə ki, qatarın vurduğu kişi zərbənin gücündən yol kənarındakı dərəyə düşüb. Ölən şəxsin Poylu qəsəbə sakini, 1957-ci il təvəllüdlü Camal Süleyman oğlu Məmişov olduğu məlum olub.
O, evinə gedən zaman ehtiyatsızlıqdan yük qatarı onu vuraraq kənara atıb. Yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Hadisənin təfərrüatları hələ ki məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.