Yatmaq adı ilə çıxıb intihar etdi: 16 yaşlı qızın ölümünün təfərrüatı

Yatmaq adı ilə çıxıb intihar etdi:  16 yaşlı qızın ölümünün təfərrüatı backend

Ağcəbədi rayonunun Pərioğullar kəndində 16 yaşlı qızın intihar etməsinin bəzi təfərrüatı məlum olub.

Kəndin icra nümayəndəsi Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə dünən axşam saatlarında baş verib.

Onun sözlərinə görə, ailədə heç bir problemləri olmayıb:

“Onun ailəsi çox sakit və qabiliyyətli insanlardır. Ailədə ana da, ata da çalışaraq üç uşağa baxır. İntihar edən qız evin böyük qızı olub, ondan kiçik bir bacısı və bir qardaşı var. Ötən gün ailə üzvləri ilə birlikdə oturub yemək yeyiblər. Atası R.Cəfərov qonşuya gedib. Qız da yuxusunun gəldiyini deyərək yatmağa getdiyini bildirib. Sonra isə gedib evin arxasında həyətdə intihar edib”. 

İcra nümayəndəsi deyib ki, qızın heç bir psixoloji problemi olmayıb: “Heç vaxt ailədə söz-söhbət də olmayıb. Bu uşaq nə üçün belə bir hərəkət edib, heç kim bilmir”.

O qeyd edib ki, qızın evliliyə məcbur edildiyinə dair iddialar tamamilə əsassızdır.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Ağcabədi rayonunun Pərioğlular kəndində 16 yaşlı qız intihar edib.

Diaspora