Məhv edilən erməni əsgərin atası: “Bəlkə başqasının cəsədini veriblər, hər şey mümkündür”

Məhv edilən erməni əsgərin atası:  “Bəlkə başqasının cəsədini veriblər, hər şey mümkündür” backend

“Bəlkə başqasının cəsədini veriblər, hər şey mümkündür. Neçə cəsəd verdilər, sonra məlum oldu ki, onların övladı deyil”.

Qazilər.az xəbər verir ki, bunu Yerablurda oğlunun məzar daşı sökülən, məhv edilən əsgərin atası jurnalistlərə bildirib.

Əsgərin atasının dediyinə görə, məzar daşını düzəltmək üçün bütün icazələri var idi, amma sonra bütün məzar daşlarının eyni olmasının lazım olduğunu səbəb gətirdilər.

O, DNT cavabı verilmədiyindən oğlunun ekskumasiyasının mümkün olduğunu söyləyib.

“Onlara artıq inanmıram, heç kimə də inanmıram. Bəlkə başqasının cəsədini verdilər, hər şey mümkündür. Bu gün bunu edə bilərlərsə, onu da edə bilərlər. Neçə cəsəd verildi, sonra onların uşağı olmadığı ortaya çıxdı. Bunu Artaşirimdə edəcəyəm, öz əlimlə bir neçə ölkəyə aparacağam”, - deyə o qeyd edib.

Ordu.az

Diaspora