Bakıda 57 yaşlı kişi marşrut avtobusunda öldü

Bakıda 57 yaşlı kişi marşrut avtobusunda öldü backend

Bakıda avtobusda ölüm hadisəsi baş verib.

Hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb.

Ə.Quliyevin ölüm səbəbini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertiza təyin olunub.

Faktla bağlı araşdırma aparılır.

Lent.az

Diaspora