İtə rəhmsiz davranan şəxs cəzalandırıldı - RƏSMİ - VİDEO

İtə rəhmsiz davranan şəxs cəzalandırıldı -  RƏSMİ - VİDEO backend

Rəhmsiz rəftar göstərilərək su kanalına atılan itlə bağlı sosial şəbəkədə yayılan görüntülər əsasında aparılan araşdırma başa çatıb. 

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları ilə birgə aparılan araşdırma zamanı iti suya ataraq onunla qəddar davranan şəxsin Yevlax rayon sakini İlkin Səfərov olduğu müəyyən edilib:

“Faktla bağlı təqsirkar İlkin Səfərov barəsində protokol tərtib olunub və o, inzibati məsuliyyətə cəlb olunub”.

Qeyd edək ki, sosial şəbəkədə yayılan videogörüntülərə görə bir kişi iti amansızcasına su kanalına atır. İtin həyat üçün mübarizə aparmasını isə gülüşlə qarşılayır.

Diaspora