Azərbaycanlı “qanuni oğru” Rusiyada saxlanılıb - FOTO

Azərbaycanlı “qanuni oğru” Rusiyada saxlanılıb -  FOTO backend

Əslən Bakıdan olan azərbaycanlı “qanuni oğru” Taleh Dağlıyev Rusiyanın Stavropol diyarının Mineralnıe Vodı şəhərində polis tərəfindən saxlanılıb.

APA "Prime Crime"a istinadən xəbər verir ki, daha çox Tolik Noqinski kimi tanınan 37 yaşlı Taleh Dağliyev haqqında qanunsuz narkotik maddə saxlama ittihamı ilə cinayət işi başladılıb.

Dağliyevin dediyinə görə, o, Mineralnıye Vodı şəhərinə keçən cümə müalicə üçün gəlib.

Axtarış zamanı onun üzərindən külli miqdarda heroin aşkar edilərək götürüldüyü bildirilir.

Əməliyyatçıların Talehə “qanuni oğrular”la əlaqəsinin olub-olmamasını soruşduqda, “onlardan uzağam”, deyə cavab verib.

Əgər Dağlıyevin günahı sübuta yetirilsə, onu 10 ilə qədər həbs cəzası gözləyir.

Diaspora