“Qazaxlı Alik”in oğlu Fuad Muradov polis tərəfindən saxlanılıb.
Bu barədə hüquqşünas Aslan İsmayılov özünün “Facebook” hesabında məlumat paylaşıb: “Bu gün ərizə ilə bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edildim və sübutlarımı təqdim etdim. Ərizə üzrə araşdırma davam edir. Fuad Muradov şübhəli şəxs kimi saxlanılıb və hal-hazırda adıçəkilən idarədədir”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Bildirilib ki, hüquqşünas Aslan İsmayılovun müraciəti əsasında Furad Muradov polisə dəvət olunub: “Onun izahatı alınıb və sərbəst buraxılıb. Hazırda həmin müraciət əsasında araşdırmalar davam etdirilir”.
Qeyd edək ki, özünü “fədai” kimi təqdim edən F.Muradov “Qazaxlı Alik” kimi tanınan Alik Muradovun oğludur.
Lent.az