Azərbaycanda üç oğlan 16 yaşlı qızı oğurladı

Azərbaycanda üç oğlan  16 yaşlı qızı oğurladı backend

İmişli rayonunda adam oğurlanması hadisəsi baş verib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, rayonda 20 yaşlı S. Qurbanov, 31 yaşlı Z. Ağayev və 30 yaşlı B. Ağayev rayon sakini 16 yaşlı T. M.-i yaşadığı evdən zorla oğurlayaraq aparıblar.

İlkin məlumata görə, yeniyetməni qaçıranlardan birinin onunla ailə qurmaq məqsədi olub.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində yeniyətmə tapılaraq ailəsinə qaytarılıb. Onu qaçıran şəxslər isə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.