Bakının Nizami rayonunda ağır yol qəzası baş verib.
Hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
1950-ci il təvəllüdlü Ağalarova Mirhəcər Miryaqub qızı sürət həddi saatda 90 km olan prospektdə piyada üçün müəyyən edilməmiş hissədən keçərkən onu Yol Patrul Xidmətinə məxsus 99-YP-358 dövlət nişanlı “BMW” markalı avtomobil vurub. Hadisəni törədən yol polis serjantı Əliyev Emil Güləsəd oğlu yaralını 3 saylı şəhər klinik xəstəxanasına çatdırsa da, ağır xəsarət alan qadın yolda dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.
APA.az