Metronun “Koroğlu” stansiyasında gənc oğlan özünü qatarın altına atıb.
Oxu.Az-ın məlumatına görə, hadisə ötən gün gecə saatlarında baş verib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumatı Oxu.Az-a təsdiqləyib.
O bildirib ki, ötən gün sözü gedən stansiyada gənc oğlan qatar yoluna düşüb:
“Dərhal metropolitenin təlimat qaydasına uyğun olaraq yüksək gərginlikdən ayrılıb. Daha sonra sərnişin oradan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”.
Faktla bağlı araşdırma aparılır.