Dövlət İmtahan Mərkəzinin 29 yaşlı əməkdaşı koronavirusdan öldü

Dövlət İmtahan Mərkəzinin 29 yaşlı əməkdaşı koronavirusdan öldü backend

Dövlət İmtahan Mərkəzinin əməkdaşı vəfat edib. 

Oxu.Az-ın məlumatına görə, 29 yaşlı Zəhra Qarayeva koronavirusdan ölüb. 

DİM-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Z.Qarayeva avqust ayının 2-də məzuniyyətə çıxıb:

“Məzuniyyət vaxtı COVID-19 virusuna yoluxub və xəstəxanaya yerləşdirilib. Müalicə alıb və özünü normal hiss edib. Lakin sonradan daxili orqanlarında – böyrəyində yaranmış problemlə əlaqədar vəziyyəti pisləşib.

Həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb və sentyabrın 8-də xəstəxanada vəfat edib”.

Diaspora