Türkiyədə qatarla mikroavtobus toqquşduğu qəza anları - VİDEO

Türkiyədə qatarla mikroavtobus toqquşduğu qəza anları -  VİDEO backend

Türkiyənin şimal-qərbindəki Tekirdağ vilayətində yük qatarı işçiləri aparan mikroavtobusla toqquşub.

Trend-in məlumatına görə, hadisə nəticəsində 6 nəfər həlak olub. Daha 7 nəfərin xəsarət aldığı bildirilib.

Hadisə Tekirdağın Ergene bölgəsində qeydə alınıb. Qəza ilə bağlı araşdırma aparılır.