Bakının Nəsimi rayonunda intihara cəhd edilib.
APA xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.
Belə ki, Nizami Məhərrəmov özünü beşinci mərtəbənin eyvanından yerə atmaq istəyib. Əraziyə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. N.Məhərrəmovla psixoloji söhbətlər aparılıb. XRXX-nin əməkdaşları həmin şəxsin intihar etməsinin qarşısınl alaraq Təcili Tibbi Yardım Xidmətinin əməkdaşlarına təhvil verib.