Gəncədə qadın qətlinin detalları: Hadisə yun çırpmaq üstündə olub

Gəncədə qadın qətlinin detalları:  Hadisə yun çırpmaq üstündə olub backend

Ötən gün Gəncə şəhərində baş verən qətllə bağlı bəzi detallar məlum olub.

Hüquq-mühafizə orqanlarından Oxu.Az-a bildirilib ki, iki qonşu arasında baş verən mübahisə yun təmizləmək üstündə olub.

Belə ki, Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədova yaşadığı binanın qarşısında yun çırpırmış. Bu zaman 1980-ci il təvəllüdlü Məhəbbət Əhmədova ondan binanın qarşısında yun çırpmamasını istəyib. Nəticədə tərəflər arasında münaqişə yaranıb, bir-birinin ünvanına nalayiq ifadələr işlədiblər.

Bu zaman M.Əhmədova kəsici-deşici alətlə S.Məmmədovanın ürək nahiyəsinə zərbə endirib.

O, hadisəni törətdikdən sonra Qazax rayonuna qaçsa da, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 

M.Əhmədovanın psixoloji problemləri olduğu bildirilir.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam edir.

Qeyd edək ki, avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Diaspora