Klubda müştərini döyərək öldürən şəxs məşhurların mühafizəçisi imiş - FOTO

Klubda müştərini döyərək öldürən şəxs məşhurların mühafizəçisi imiş -  FOTO backend

Bakının Xətai rayonunda qətl hadisəsi baş verib.

 

Hadisə Xocalı prospektində yerləşən iaşə obyektində qeydə alınıb.

 

Belə ki, “Berlin pub” klubunun mühafizəçisi Orxan Şahbazov iaşə obyektində müştəri olan 1981-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunu döyərək qətlə yetirib.

 

Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi başlanılıb. O.Şahbazov saxlanılıb.(apa)

 

***

 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Orxan Şahbazov uzun illər fitness-məşqçi kimi fəaliyyət göstərib.

 

O, sosial şəbəkələrdə kifayət qədər tanınır. O. Şahbazov bir sıra məşhur simaların özəl mühafizəçisi olub. Həmçinin Rusiyada yaşayan məşhur bloger Hüseyn Həsənovun Bakıya səfəri zamanı onun təhlükəsizliyinə cavabdeh olub. 

 

Qətlə yetirilən Vüqar Mustafayev isə uzun müddət Ukraynanın Azərbaycandakı Səfirliyinin əməkdaşı işləyib.