Yəməndə hərbi bazaya hava zərbəsi endirilib - ölənlər var

Yəməndə hərbi bazaya hava zərbəsi endirilib -  ölənlər var backend

Yəmənin cənubundakı Lahc əyalətindəki ən böyük hərbi hava bazası "El Anad"a endirilən hava zərbələri nəticəsində azı 30 hərbçi ölüb, 60-dan çox adam yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi ölkənin silahlı qüvvələrinin nümayəndəsinə istinadən məlumat yayıb.

"France-Presse" agentliyinin Yəmən Silahlı Qüvvələrinin nümayəndəsinə istinadən verdiyi məlumata görə, hava hücumlarının arxasında husi üsyançılarının dayandığı güman edilir.

"El Anad" bazası ölkənin müvəqqəti paytaxtı hesab edilən Aden liman şəhərindən 60 km şimalda yerləşir.

Yəməndə 2014-cü ilin avqustundan bəri hökumət qüvvələri ilə husilər arasında qarşıdurma davam edir.

Diaspora