Rusiyada “Su-24” bombardmançı təyyarəsi qəzaya uğrayıb. Hadisə Perm vilayətində baş verib.
Bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
Məlumata görə, “Su-24” havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb.
Təyyarənin katapult edən pilotları tapılaraq xəstəxanaya aparılıb. Hər iki pilotun vəziyyəti qənaətbəxşdir.