Küləkli hava milli parkdakı yanğının söndürülməsini çətinləşdirir - VİDEO

Küləkli hava milli parkdakı yanğının söndürülməsini çətinləşdirir - VİDEO backend

Lənkəran şəhəri, Balıqçılar qəsəbəsi yaxınlığında Qızılağac Dövlət Təbiət Qoruğu ərazisindəki yanğınsöndürmə əməliyyatı FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilir.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğının söndürülməsini mütəmadi güclənən küləkli hava çətinləşdirir.

İlkin məlumata əsasən, ərazidə 10 hektar sahədə əsas etibarilə, kol-kos və qurumuş ağac kötükləri yanır.