Ermənistan parlamentində bu gün baş verən insident zamanı xəsarət alan müxalif deputat Qeqam Nazaryan xəstəxanaya yerləşdirilib.
“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə onun deputat həmkarı, müxalif “Hayastan” fraksiyasının nümayəndəsi Qeqam Manukyan məlumat verib.
Q.Manukyanın sözlərinə görə, Q.Nazaryan dava zamanı gözündən zədə alıb və Malayan tibb mərkəzinə yerləşdirilib.