Azərbaycanda əmisi sabiq polis rəisini bıçaqladı, sonra intihar etdi

Azərbaycanda əmisi sabiq polis rəisini bıçaqladı, sonra intihar etdi backend

Xaçmaz Rayon Polis Şöbəsinə avqustun 24-də saat 20:00 radələrində Qaraqurtlu kəndində yaşayan Rövşən Əsgərbəylinin evində münaqişə zəminində qardaşı oğlu Əliağaya bıçaqla, sonradan isə tüfəngdən açdığı atəşlə özünə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 

R.Əsgərbəyli xəstəxanaya aparılarkən yolda ölüb, Əliağanın vəziyyəti isə ağırdır.

Polis əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ə.Əsgərbəyli Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi olub. O, 2021-ci il avqustun 19-da təqaüdə çıxıb.

Xatırladaq ki, Ə.Əsgərbəyli həm də Xaçmaz rayonunda yerləşən “Çənlibel” restoranının sahibidir. 

Diaspora