Lənkəranda yanğının söndürülməsinə helikopter cəlb olundu

Lənkəranda yanğının söndürülməsinə helikopter cəlb olundu backend

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lənkəran rayonu, Moloja kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə meşə zolağında yanğın olması barədə məlumat daxil olub.

Qazilər.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 1 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Qeyd edək ki, Lənkəran rayonunun Osaküçə meşəbəyliyinin ərazisində, Hirkan Milli Parkı ilə sərhəddə yanğın hadisəsi baş verib.

Diaspora