Sumqayıtda gənc oğlan itkin düşüb.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, Sumqayıt şəhər sakini 20 yaşlı gənc iyulun 18-i saat 7-də evdən çıxıb və bir daha geri dönməyib.
O evdən çıxarkən üzərində telefon və pul olmayıb, əynində sarı-qara köynək və yaşıl şalvar olub.
Gənc şəhərdaxili kameralarda son dəfə Sumqayıt 13-cü mkr ərazisində görünür və bir daha kameralara düşməyib.
Görənlərdən, xəbəri olanlardan (077) 302-81-54 nömrəsi ilə əlaqə saxlamağı xahiş olunur.


