Bakıda özünü qumbara ilə partladan şəxsin kimliyi məlum olub

Bakıda özünü qumbara ilə partladan şəxsin kimliyi məlum olub backend

Bakıda özünü qumbara ilə partladan şəxsin kimliyi məlum olub.

"Report"un əldə etdiyi məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 1982-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin narkotik və qaçaqmalçılıq maddələri ilə məhkum olunmuş Müseyib Ələsgərov bu gün paytaxtın Səbail rayonunda idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərib.

Bu zaman üzərində olan qumbara partlamış, M.Ələsgərov ölüb.

Avtomaşında olan sərnişini, əvvəllər Cinayət Məcəlləsinin soyğunçuluq maddəsi ilə məhkum olunmuş Eldar Qurbanov isə qaçarkən saxlanılıb.

Partlayışda 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.

Diaspora