Daşkəsəndə toyda qətl olub

Daşkəsəndə toyda qətl olub backend

Daşkəsəndə qətl hadisəsi baş verib.
 

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonda "Köhnə stadion" adlanan ərazidə keçirilən toy məclisində qeydə alınıb.

İlkin məlumata görə, rayonun Alaxançalı kənd sakini 1998-ci il təvəllüdlü Namazov Eldəniz Mustafa oğlu toyda tanışı tərəfindən bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisəni törədən şəxsin tutulması istiqamətində axtarışlara başlanıb.

Faktla bağlı araşdırma aparılır.

Diaspora