Lənkəranda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
“Report”un verdiyi xəbərə görə hadisə Lənkəran-Lerik yolunun Qurumba kəndi ərazisində baş verib.
Belə ki, Bakı sakini, əslən Lənkərandan olan 1988-ci il təvəllüdlü Əliyev Aqil Fəxrəddin oğlunun idarə etdiyi “Mercedes” markalı 90-MP-585 dövlət qeydiyyat nişanlı avtomobil sürət həddini aşaraq yoldan çıxıb.
Yol kənarındakı rabitə dirəyini qırıb və qarşıdakı drenaj kollektoruna düşüb. Sürücü hadisə yerindəcə dünyasını dəyişib.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, üç gün sonra mərhumun toy məclisi olacaqdı.
Faktla bağlı araşdırma aparılır.